seyyr
№ 100Dünyanın ən məşhur rəsmləri

Cinevra de Bençinin portreti

Taxta üzərində yağlı boya · 38,8 × 36,7 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/ginevra-de-benci?lang=az

Harada baxmaq olar

Milli Sənət Qalereyası, Vaşinqton

Rəsm haqqında

Cinevra de Bençinin portreti (it. Ritratto di Ginevra de' Benci) — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur.

Tam oxu

Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdı.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Leonardo da Vinci; Wikimedia Commons · ictimai mülkiyyət

Cinevra de Bençinin portreti - Leonardo da Vinçi

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu