seyyr
№ 49Dünyanın ən məşhur rəsmləri

Çılpaq Maxa

Kətan üzərində yağlı boya · 98 × 191 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/la-maja-desnuda?lang=az

Harada baxmaq olar

Prado muzeyi, Madrid

Rəsm haqqında

Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir.

Tam oxu

Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır. Qoyyanın bu təsviri rəssamın xəyal dünyasında aşağı təbəqədən olan qadınlarla əlaqədar utancaq bir günah işləmə tabusu olması şəklində şərh olunur. İncəsənət tarixçisi Teodor Hetzer əsərlə bağlı fikirlərini bu cür açıqlamışdır:

Rəssam yenə baş nazirin istəyi ilə 1802-1805 tarixləri arasında bu əsərin bir başqa versiyası olan "Geyimli Maxa" əsərini çəkdi. Hər iki əsərdə də eyni model bir yatağın üzərinə uzanmış və tamaşaçının gözlərinin içinə baxırdı. Model bir mifologiya qəhrəmanı kimi deyil, gerçək bir qadın olaraq təsvir edilmişdir və bu qadın Qoyyanın dövründə yaşamışdır. Şəkildəki qadının XIII Alba hersoginyası (Mariya Kayetana de Silva Alba) olduğuna dair fikirlər var. Lakin bu iddialar sübut edilməmişdir.

Manuel de Qodoyun vəzifədən kənarlaşdırılması və VII Ferdinandın hökmdar olmasından sonra, 1815-ci ildə Qodoyun evində olan "Çılpaq Maxa" əsərinə görə Qoyya haqqında inkvizasiya tərəfindən istintaq açıldı. Rəsmi onun çəkməsinin sübut edilməsinə baxmayaraq rəssam mühakimə olunmadı. Əsər Qustav Kurbe, Eduard Mane, Pol Sezann kimi Qoyyadan sonra yaşayıb-yaratmış fransız rəssamlarına və digər impressionist rəssamlara da təsir edib. Mane özünün "Olimpiya" əsərini "Çılpaq Maxa" əsərindən ilhamlanaraq təsvir etmişdir.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Francisco Goya; Wikimedia Commons · ictimai mülkiyyət

Çılpaq Maxa - Fransisko Qoyya

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu