Yelpikli xanım
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
private collection
Rəsm haqqında
Yelpikli xanım (alm. Dame mit Fächer) — avstriyalı rəssam Qustav Klimtin yaratdığı son portretdir. 1917-ci ildə çəkilmiş və sifariş əsasında olmayan bu əsərdə, kimliyi müəyyən edilməmiş qadın təsvir olunmuşdur. Klimt 1918-ci ildə vəfat etdikdə əsər onun emalatxanasında molbert üzərində idi. Klimtin son dövr əsərlərinin bir çoxunda olduğu kimi, bu əsərdə də çoxsaylı Çin motivləri daxil olmaqla, güclü Asiya təsirləri özünü göstərir.
Tam oxu
2023-cü ilin iyununda əsər Sotheby'sin Londondakı hərracında 85,3 milyon funt sterlinqə (108,4 milyon ABŞ dolları, 99,2 milyon avro) satılmışdır. Bu məbləğ həmin vaxt Avropada bir sənət əsəri üçün ödənilmiş ən yüksək qiymət idi. Əsəri Honq-Konq kolleksiyaçısının adından sənət alverçisi Patti Vonq satın almışdır.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Gustav Klimt; Wikimedia Commons · ictimai mülkiyyət












