seyyr
№ 50Dünyanın ən məşhur rəsmləri

Çəmənlikdə səhər yeməyi

Kətan üzərində yağlı boya · 208 × 264,5 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/le-dejeuner-sur-l-herbe?lang=az

Harada baxmaq olar

Orse muzeyi, Paris

Rəsm haqqında

Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.

Tam oxu

Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.

O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir. Mane əsərin mövzusunu Tisianın Fiesta Campestre əsərindən, kompazisiyası isə Rafael Santinin hazırladığı, Markantonio Raimondinin yekunlaşdırdığı Parisin günahı adlı qravürdən götürmüşdür. Tabloda olan tarixi cizgilərə baxmayaraq, iki kişinin çılpaq qadınla çəmənlikdə təsvir edilməsi dövrün kübar cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməmişdir. Çəmənlikdə səhər yeməyi həm mövzusu, həm də janrı baxımından sərgilənməyə başladığı gündən etibarən ciddi mübahisələrə səbəb olmuşdur.

Tabloda Eduard Manenin yaxın dostu və özü də rəssam olan Viktorina Möran çılpaq qadın formasında, rəssamın qardaşları Qustav Mane və Eugen Mane isə qadının ətrafında olan qara qeyimli kişilər olaraq poza vermişdilər. Əsərin böyük mübahisələrə səbəb olmasından sonra, bir çox nüfuzlu şəxslər Eduard Maneni sərt tənqid etməyə başladılar.

Bütün tənqidlərə baxmayaraq, Manenin mövqeyini müdafiə edən şəxslər də vardı. Emil Zolya, Stefan Malarme və Şarl Bodler kimi cəmiyyətin nüfuzlu şəxsləri əsəri müdafiə edənlər arasında idi. Realizm cərəyanın formalaşmasında Qustav Kurbe və Eduard Manenin rolu böyükdür. Çəmənlikdə səhər yeməyi, Olimpiya və Folies Bergere küçəsindəki bar tabloları modernizm cərəyanın ilk nümunələri hesab olunur. Hər üç tablo Eduard Manenin ən uğurlu işlərindən sayılır. Qeyd edilən tablolar Pablo Pikasso, Mari Kasset, Pol Sezann və Klod Mone kimi dahi rəssamların yaradıcılığına öz təsirini göstərmişdir. Bununla incəsənət dünyasında yeni cərəyanın İmpressionizmin əsası qoyulmuşdur

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Édouard Manet; Wikimedia Commons · ictimai mülkiyyət

Çəmənlikdə səhər yeməyi - Eduard Mane

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu