Horatsilərin andı
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Luvr muzeyi, Paris
Rəsm haqqında
Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir.
Tam oxu
David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
The Lictors Bring to Brutus the Bodies of His Sons
The Intervention of the Sabine Women
Portrait of Madame Récamier
The Death of General Wolfe
Napoleon I on His Imperial Throne
Böyük odalıq
The Source
Watson and the Shark
Charles IV of Spain and His Family
Athenaeum Portrait
Spoliarium
Sardanapalın ölümü
Şəkil: Jacques-Louis David; Wikimedia Commons · ictimai mülkiyyət
