seyyr
№ 46Dünyanın ən məşhur rəsmləri

Horatsilərin andı

Kətan üzərində yağlı boya · 330 × 425 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/oath-of-the-horatii?lang=az

Harada baxmaq olar

Luvr muzeyi, Paris

Rəsm haqqında

Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir.

Tam oxu

David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Jacques-Louis David; Wikimedia Commons · ictimai mülkiyyət

Horatsilərin andı - Jak-Lui David

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu