Olimpiya
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Orse muzeyi, Paris
Rəsm haqqında
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir.
Tam oxu
Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdir. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edir. Mane klassik tabloların əksinə, heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdir. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccüblənmişdirlər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkmişdir. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi. Salon rəhbərliyi sərgi davam edərkən Manenin hər iki portretini başqa bir otağa hərəkət və hücum ehtimalına qarşı qoruma altında tutmaq məcburiyyətində qaldı.
Gələn tənqidlərə qarşı Şarl Bodler, Emil Zolya, Klod Mone kimi məşhur şəxslərin müdafiə etdiyi tabloda olan çılpaq Manenin favorit modeli Viktorina Möran idi. XVI və XVII əsrlərdə Yunan və Roma heykəllərinin kəşfi ilə çılpaq qadın portretləri məşhur olmuşdu. Mane də "Olimpiya" rəsminin tərkibində bu dövrün əhəmiyyətli nümunələrindən biri olan Tisian Veçellionun "Urbinolu Venera" əsərindən təsirlənmişdi. Həmçinin Corconenin "Yatan Venera" və Fransisko Qoyyanın "Çılpaq Maxa" əsərləri rəssamın digər ilham mənbəyi idi. Bu tarixi göndərmələrə baxmayaraq Manenin qadınında bir etiraz vardır və rəssam ənənəvi əsərlərdə ideal qadın obrazını pozmuşdur.
Bəzi müəlliflər Pablo Pikasso, Ernst Ludviq Kirçner, Pol Qogen, Pol Sezann, Lerri River, Jan Dübüffe, Jan-Mikel Baskiya kimi rəssamlara təsir edən və onlara ilham mənbəyi olan "Olimpiya" əsərinin incəsənət tarixinin ilk avanqard çılpaq rəsm əsəri olduğu hesab edilir. Həmçinin əsər Manenin digər iki tablosu 1863-cü ildə çəkdiyi "Çəmənlikdə səhər yeməyi" və 1881-ci ildə çəkdiyi "Foli-Berjerde bar" rəsmləri ilə birlikdə modernizmin simvolu olaraq qəbul edilir.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Édouard Manet; Wikimedia Commons · ictimai mülkiyyət












