Adel Blox – Bauerin portreti
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Neue Galerie, Nyu-York
Rəsm haqqında
Adel Blox – Bauerin portreti I (ing. Portrait of Adele Bloch-Bauer I)) 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib
Tam oxu
"Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir.
Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Gustav Klimt; Wikimedia Commons · ictimai mülkiyyət












