seyyr
№ 36Dünyanın ən məşhur rəsmləri

Bahar

Taxta üzərində tempera · 203 × 314 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/primavera?lang=az

Harada baxmaq olar

Uffizi qalereyası, Florensiya

Rəsm haqqında

Bahar (it. Primavera) — İtaliya İntibahı rəssamı Sandro Botiçellinin 1470-ci illərin sonu, 1480-ci illərin sonlarında tempera ilə işlədiyi rəsm əsəridir. Bahar "dünyada haqqında ən çox yazılmış və ən mübahisəli", həmçinin, "Qərb incəsənətinin ən məşhur rəsmlərindən biri"dir.

Tam oxu

Tabloda klassik mifologiyadan olan personajlar qrupu əks olunsa da, onları bir araya gətirəcək hansısa hekayə yoxdur. Bir çox sənətşünaslar rəsmin Baharın gəlişinə alleqoriya olmasını bildirsələr də, onun anlamı ilə bağlı fikirlər fərqlidir, əksər fikirlər isə əsəri, o dövrlərdə Florensiyanın intellektual dairələrini valeh etmiş İntibah Neoplatonizmi ilə əlaqələndirirlər. Rəsm əsəri, onu 1550-ci illərdə Florensiya yaxınlığındkı Villa Kastelloda görmüş Corco Vazari tərəfindən "Bahar" (Primavera) adlandırılmışdır.

Bir-biri ilə əlaqəli olmasa da, Botiçellinin Uffitsi qalereyasında saxlanan "Veneranın doğulması" rəsmi kimi "Bahar" da, rəssamın mifologiyaya baxışının araşdırılmasında əsas mənbələr kimi istifadə edilir. "Bahar" dünyanın ən məşhur rəsm əsərlərindən biri olmaqla, həm də İtaliya İntibahının əsas simvollarından biridir; buna baxmayaraq sənətkarın "Veneranın doğulması" əsəri daha məşhurdur. Hər iki tablo antik dövrdən bəri klassik mifologiya subyektlərini böyük ölçülü tabloda əks etdirən ilk nümunələr olduğuna görə nadir hesab edilir. Hər iki əsərin Mediçi ailəsinin üzvü olan eyni şəxs tərəfindən sifariş edilməsi düşünülsə də, bu haqqda dəqiq məlumat yoxdur.

Əsərin tarixi haqqında dəqiq məlumat olmasa da, onun Mediçi ailəsi tərəfindən sifariş edildiyi ehtimal olunur. Əsərin mövzusu bir neçə klassik və intibah ədəbiyyat nümunəsindən, o cümlədən, Qədim Roma şairi Ovidin əsərləri, az ehtimal ki, Lukretiusun işləri və ehtimal ki, Medici ailəsinin şairi olan Ancelo Polisianonun işlərindən götürülmüş, ola bilsin ki, sonuncu Botiçelliyə kompizisiyanı yaratmağa kömək etmişdir. 1919-cu ildən əsər İtaliyanın Florensiya şəhərindəki Uffitsi qalereyasının kolleksiyasına daxildir.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Sandro Botticelli; Wikimedia Commons · ictimai mülkiyyət

Bahar - Sandro Botiçelli

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu