Veneranın doğulması (Buqro, Orse muzeyi)
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Orse muzeyi, Paris
Rəsm haqqında
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi.
Tam oxu
Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: William-Adolphe Bouguereau; Wikimedia Commons · ictimai mülkiyyət












