Adəmin yaradılışı
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Vatikan muzeyləri, Vatikan
Rəsm haqqında
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskada Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının freska panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər.
Tam oxu
Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskaları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
The Meeting of Leo the Great and Attila
Müqəddəs ayinlə bağlı mübahisə
Saint John the Baptist
Sikstin kapellasının tavanı
Doni Tondo
Qiyamət günü
Qalateyanın triumfu
Tomb of the Diver
The Battle of Anghiari
The Virgin and Child with Saint Anne
Assumption of the Virgin
Expulsion from the Garden of Eden
Şəkil: Michelangelo; Wikimedia Commons · ictimai mülkiyyət
