Şahzadə qız — Qu quşu
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Tretyakov qalereyası, Moskva
Rəsm haqqında
Şahzadə qız — Qu quşu (rus. Царевна-Лебедь) — Rus rəssamı Mixail Aleksandroviç Vrubel tərəfindən 1900-cü ildə çəkilmiş rəsm. Şəkil Aleksandr Puşkinnin Çar Saltan haqqında nağıl əsərinin və N.A.Rimski-Korsakovun eyniadlı operasının personajına həsr edilib.
Tam oxu
Tabloda rəssamın zövcəsi Nadejda Zabela-Vrubel təsvir olunub. O, həmin operada Şahzadə qız — Qu quşu rolunda məşhurlaşmışdı.
Vrubelin şəklindəki Şahzadə qız əsrarəngiz və anlaşılmazdır, siması çox kədərlidir. Şahzadə qız — Qu quşu dəniz üzərinə enən alaqaranlıq, üfüqdəki ensiz qürub və uzaq şəhər zolağının fonunda təsvir edilib.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Mikhail Vrubel; Wikimedia Commons · ictimai mülkiyyət












