Kanada toy
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Luvr muzeyi, Paris
Rəsm haqqında
Kanada toy (it. Nozze di Cana; 1562–1563) – Paolo Veroneze tərəfindən çəkilmiş rəsm əsəri. Bu əsər Bibliyada qeyd olunan "Kanada toy" hekayəsini təsvir edir; burada İsa möcüzə gerçəkləşdirərək suyu qırmızı şəraba çevirir (Yəhya 2:1–11). Son İntibah dövrünün mannerizm üslubunda (1520–1600) işlənmiş böyükölçülü (6,77 m × 9,94 m) bu yağlı boya rəsm əsəri Leonardo, Rafael və Mikelancelo kimi rəssamlar tərəfindən tətbiq edilmiş kompozisiya harmoniyası üslubunun idealını əks etdirir.
Tam oxu
Yüksək İntibah dövrünün (1490–1527) sənət üslubu ideal proporsiyalara malik insan fiqurlarını, balanslaşdırılmış kompozisiyaları və gözəlliyi vurğulayırdı, lakin mannerizm İntibah dövrünün fiqur, işıq və rəng ideallarını şişirdərək realistik yox, idealistik fiqurlar təqdim edirdi.
Əsər XVI–XVIII əsrlərdə San-Corcio monastrının yeməkxanasından asılmışdır. 1797-ci ildə Napoleonun Fransız İnqilab Ordusunun əsgərləri Fransa İnqilab müharibəsi (1792–1802) zamanı əsəri müharibə qəniməti kimi talamışlar. Kətanın təsvir sahəsi (67,29 m 2) "Kanada toy" əsərini Luvr muzeyinin rəsm kolleksiyasındakı ən geniş təsvirə çevirir.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Paolo Veronese; Wikimedia Commons · ictimai mülkiyyət












