Tropik fırtınada pələng
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
London milli qalereyası, London
Rəsm haqqında
Tropik fırtınada pələng və ya Təəccüblənmiş! — Anri Russo tərəfindən 1891-ci ildə çəkilmiş kətan üzərində yağlı boya əsəridir. Bu, rəssamın əsasən tanındığı cəngəllik mövzulu əsərlərinin ilk nümunəsi idi. Tabloda şimşəyin işığında görünən bir pələng, şiddətli fırtınanın ortasında ovunun üzərinə atılmağa hazırlaşarkən təsvir olunub.
Tam oxu
Russonun əsərinin Gözəl Sənətlər Akademiyasının münsiflər heyəti tərəfindən qəbul edilməsinə nail ola bilməməsindən sonra rəssam, 1891-ci ildə Təəccüblənmiş! adı ilə əsəri Müstəqil Rəssamlar Salonunda nümayiş etdirib. Bu sərginin münsiflər heyəti yox idi və bütün rəssamların iştirakı üçün açıq idi. Əsər tənqidçilər tərəfindən müxtəlif cür qarşılandı.
Russo rəssamlığa gec başlamışdı. Onun məlum olan ilk əsəri — Dəyirmanlı mənzərə — yalnız 35 yaşında ikən çəkilmişdi. Onun yaradıcılığında texniki baxımdan mürəkkəbliyini gizlədən sadə və sadəlövh kompozisiya xüsusiyyətləri diqqəti cəlb edir. Tənqidçilərin əksəriyyəti Russonun əsərlərini uşaq işlərinə bənzədərək lağa qoyurdu. Lakin sonralar müasir ksiloqrafiyanın inkişafında mühüm rol oynayan gənc isveçrəli rəssam Feliks Vallotton bu əsər haqqında belə yazmışdı:
Anrinin tablosundakı qorxmuş pələng Ejen Delakruanın rəsmlərində və tablolarında rast gəlinən bir motivdən götürülüb. Russo özü, dostları və pərəstişkarları tərəfindən rəssamın 1860-cı ildə Meksikada olarkən cəngəllik həyatı yaşadığı iddia edilirdi. Guya o, burada alay orkestrində musiqiçi kimi xidmət etmişdi. Əslində isə Russo heç vaxt Fransanı tərk etməyib. Onun ilham mənbəyi kimi Parisdəki botanika bağları, xüsusilə Bitkilər bağı — burada ekzotik heyvanların taxidermiya nümunələrinin saxlanıldığı zooloji qalereyalar da vardı —, eləcə də müxtəlif qravüralar və kitablar göstərilir.
XIX əsrin sonlarında Fransada yaşayan insanlar ekzotik və təhlükəli mövzulara, o cümlədən uzaq ölkələrin heyvanları və xalqlarının vəhşiliyi haqqında təsəvvürlərə böyük maraq göstərirdilər. Pusquda olan pələnglər 1885-ci ildə Gözəl Sənətlər Məktəbində keçirilmiş sərgidə də, mövzu kimi təqdim edilmişdi. Emmanuel Fremyenin 1887-ci ildə çəkdiyi və qadını daşıyan qorillanı təsvir edən məşhur heykəlində, Russonun tablolarındakı hər şeydən daha güclü vəhşilik hissi olsa da, əsər sənət nümunəsi kimi qəbul edilmişdi. Buna görə Russonun əsərinin ilk vaxtlarda zəif qarşılanmasının səbəbinin, mövzusundan daha çox onun üslubu olduğu düşünülür.
Pələngin ovunun bir hissəsi kətanın hüdudlarından kənarda qaldığından, nəticənin necə olacağını təsəvvür etmək tamaşaçının ixtiyarına buraxılıb. Bununla belə, Russonun əsərə verdiyi ilk ad — Təəccüblənmiş! — pələngin üstün vəziyyətdə olduğunu göstərir. Russo sonralar pələngin bir qrup səyyahın üzərinə atılmağa hazırlaşdığını bildirib.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Henri Rousseau; Wikimedia Commons · ictimai mülkiyyət












