Kart oyunçuları
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Courtauld Institute of Art, London
Rəsm haqqında
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır.
Tam oxu
Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Paul Cézanne; Wikimedia Commons · ictimai mülkiyyət












