Gecə gözətçisi
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Reyksmüzyem, Amsterdam
Rəsm haqqında
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir.
Tam oxu
1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur.
İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Rembrandt; Wikimedia Commons · ictimai mülkiyyət












