Korlar haqqında hekayət
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Museo di Capodimonte, Neapol
Rəsm haqqında
Korlar haqqında hekayət (nid. De parabel der blinden) — Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur. Ehtimal olunur ki, şəklin süjeti korlar haqqında İncil hekayətinə əsaslanıb:
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Pieter Brueghel the Elder; Wikimedia Commons · ictimai mülkiyyət












