3 may 1808
Sizinlə uyğunluq
Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.
Harada baxmaq olar
Prado muzeyi, Madrid
Rəsm haqqında
3 may 1808 və ya 1808-ci il mayın 3-nə keçən gecə üsyançıların güllələnməsi — ispan rəssam Fransisko Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda əsər Madriddə yerləşən Prado muzeyində sərgilənir. Əsər 1808-ci ildə Fransanın İspaniyanı işğal etməsindən sonra fransızlara qarşı müqavimət hərəkatı başladan ispanlara həsr edilmişdir. İspan rəssamın həmin dövrdəki eyniölçülü bənzər işi "2 may 1808" də İspaniyanın müvəqqəti hökuməti tərəfindən sifariş edilmişdir. Qoyya araqon dilində yazdığı bir məktubunda bu rəsm əsərini çəkmək məqsədini belə açıqlamışdır:
Tam oxu
Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğunu əks etdirən simvol halına gətirmişdir. Yaradıldığı dövrdəki incəsənətin bütün imkanlarından yararlanan sənətçinin bu əsəri böyük şöhrət qazanmışdır. Xristianlıq incəsənəti və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və öz növünün ilk nümunələrindən birinə çevirmişdir. İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri üslub, mövzu, məqsəd baxımından, sözün əsl mənasında, inqilaba səbəb olmuş ilk rəsm əsəri idi.
Sonradan Prado muzeyinin idarəçisi olacaq rəssam Xose Madraso 1850-ci illərdə rəsm əsərinin Qoyyanın stilini əks etdirmədiyini iddia etmiş və səbəb kimi Qoyyanın digər əsərlərinə nisbətən bu tablonun daha aşağı səviyyəli olmasını göstərmişdir. İllər sonra - romantizm üslubunun məşhur olduğu dövrdə rəsm əsəri bütün dünyada tanınmışdır. 1937-ci ildə başlayan İspaniya vətəndaş müharibəsi zamanı rəsm əsərini qorumaq üçün onu Valensiyaya aparmışdırlar. Yük maşınında aparılarkən rəsm əsəri ziyan görmüş, lakin daha sonra bu defektlər aradan qaldırılmışdır. Bu prosedur zamanı rəsm əsərinin rəng kompoziyası daha tünd olmuşdur. 2008-ci ildə yenə restorvasiya olunan əsər, nəhayət, əvvəlki rənglərinə qovuşmuşdur.
"3 may 1808" bir çox əsərin yaradılmasına ilham vermişdir. Bu əsərlər arasında Eduard Manenin çəkdiyi bəzi rəsmlər, Pablo Pikassonun "Koreyada qətliam" və "Gernika" tabloları da var.
Mənbə: Vikipediya · CC BY-SA 4.0
Oxşar əsərlər
Şəkil: Francisco Goya; Wikimedia Commons · ictimai mülkiyyət












