seyyr
№ 66Dünyanın ən məşhur rəsmləri

Vaşinqton Delaveri keçir

Kətan üzərində yağlı boya · 378,5 × 647,7 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/washington-crossing-the-delaware?lang=az

Harada baxmaq olar

Metropoliten muzeyi, Nyu-York

Rəsm haqqında

"Vaşinqton Delaveri keçir" (ing. Washington Crossing the Delaware) — alman əsilli amerikalı rəssam Emanuel Qottlib Loytz tərəfindən 1851-ci ildə yağlı boya ilə çəkilmiş rəsm əsəri. Bu rəsmdə ABŞ İstiqlal müharibəsi gedişində general Corc Vaşinqtonun 1776-cı il 25–26 dekabr tarixində Delaver çayını keçmə səhnəsi təsvir olunmuşdur. Rəsmdə təsvir olunmuş səhnə Nyu Cersidə Trentonda məskunlaşmış Hessian ordusuna qarşı gözlənilməz hücumla nəticələnəcək ilk addım idi. Hessian ordusu ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya tərəfindən iştirak edən Almaniyanın Hessen vilayətindən olan muzdlu döyüşçülərdən ibarət dəstə idi.

Tam oxu

Rəsmin orijinalı Bremen rəsm qalereyasında (Kunsthalle) olan kolleksiyanın bir hissəsi olmuşdur. Lakin 1942-ci ildə İkinci dünya müharibəsi zamanı bombalanma reydi zamanı rəsm əsəri məhv olmuşdur. Loytz bu rəsmin daha iki versiyasını da yaratmışdır. Həmin surətlərdən biri Nyu-Yorkda Metropoliten muzeyində yerləşir. Digər versiyası vaxtilə Ağ evdə olsa da, sonradan Minnesota ştatında yerləşən Uinona şəhərində olan Minnesota Dəniz incəsənət muzeyinə gətirilmişdir. 2022-ci ilin aprelində Christie's daha kiçik rəsm əsərinin may ayında hərracda satılacağını, satışdan əvvəl 15–20 milyon dollar dəyərində qiymətləndiriləcəyini bildirdi.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Emanuel Leutze; Wikimedia Commons · CC0 1.0

Vaşinqton Delaveri keçir - Emanuel Leutze

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu