seyyr
№ 26Dünyanın ən məşhur rəsmləri

Meduza salı

Kətan üzərində yağlı boya · 491 × 716 sm

Sizinlə uyğunluq

Daha 5 rəsmi qiymətləndirin - bu əsərin zövqünüzə nə qədər uyğun olduğunu görəcəksiniz.

Qiymətlər və emosiyalar

Hələ qiymət yoxdurİlk siz olun: ulduzları seçin və nə hiss etdiyinizi qeyd edin.
seyyr tətbiqini telefonda açın
seyyr tətbiqini telefonda açın Qiymətləndirmə, ziyarətlər və tədbirlərə yazılış telefonda işləyir. Kameranı koda tutun. seyyr.com/art/the-raft-of-the-medusa?lang=az

Harada baxmaq olar

Luvr muzeyi, Paris

Rəsm haqqında

Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir.

Tam oxu

Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir. O, rəsm əsərini çəkməyə başlamamışdan əvvəl ətraflı araşdırma aparmış, çoxsaylı eskizlər hazırlamışdır. Qəzadan sağ çıxmış iki nəfərdən müsahibə alaraq salın müvafiq miqyaslı modelini yaratmışdır. O, artıq dünyasını dəyişmiş və ölüm ayağında olanların rəngini, bədənlərinin teksturasını görmək üçün xəstəxanalar və morqlara baş çəkmişdir.

“Meduza salı” rəsm əsəri 1819-cu ildə Paris Salonunda nümayiş olunmuş, ədəbi tənqidçilər və ictimaiyyət tərəfindən yükək qiymətləndirilmişdir. Bir müddət sonra rəsm əsəri Böyük Britaniyada uğurla nümayiş olunmuşdur. Həmin sərgilərdən birini sahibkar Uilyam Bullok təşkil etmişdir. Teodor Jerikonun ölümündən sonra dostu Pyer-Jozef Dedre-Dorsinin vasitəçiliyi ilə əsər Luvr muzeyi tərəfindən əldə edilmişdir. Hal-hazırda “Meduza salı” rəsm əsəri Luvrun birinci mərtəbəsində yerləşən Denon qalereyasında romantizm dövrünə aid digər fransız rəssamların işləri ilə yanaşı nümayiş olunur. Rəsm əsərinin təsirini Ejen Delakrua, Uilyam Terner, Qustav Kurbe və Eduard Mane kimi rəssamların yaradıcılığında da müşahidə etmək olar.

Mənbə: Vikipediya · CC BY-SA 4.0

Üslub, süjet və rənglər

Oxşar əsərlər

Şəkil: Théodore Géricault; Wikimedia Commons · ictimai mülkiyyət

Meduza salı - Teodor Jeriko

Görünüş

Tuş və qızılKemet mavisi, kağız və qızıl - Nazrinin dünyası Qaranlıq zalGecə muzeyi: qaranlıq divarlar və rəsmin üzərində işıq Ağ kubİşıqlı qalereya: ağ divarlar, qara mətn və nar rəngli vurğu